Şrift:
Sülhməramlıların təchizat avtomobilləri Laçın-Şuşa yolundan maneəsiz keçib
16.12.2022 [10:33] - Gündəm, Siyasət
Laçın-Şuşa yolunda Azərbaycan ekoloqlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, fəalların dördüncü gündür davam edən etiraz aksiyasının iştirakçıları rusiyalı sülhməramlıların təchizat avtomobilləri karvanının yoldan keçməsinə şərait yaradıblar.

Bu, Ermənistan KİV-lərinin yazdığı kimi, etirazçıların heç də Laçın yolunu bağlamadıqlarını göstərir.

Son məlumata görə, avtomobil karvanı Xankəndi sakinləri üçün humanitar yardım daşıyıb.

Elmi-Tədqiqat Kardiologiya İnstitutunun həkim-reanimatoloqu Mətanət Paşayeva jurnalistlərlə söhbətində vurğulayıb ki, aksiyanın keçirildiyi ərazidəki tibb məntəqəsində xidmət edən həkimlər etirazçılarla həmrəydirlər və onların haqlı tələblərini hamılıqla dəstəkləyirlər. O deyib: “Biz ehtiyacı olan hər kəsə tibbi yardım göstərməyə, həkim kimi borcumuzu yerinə yetirməyə həmişə hazırıq”.

Xatırladaq ki, etirazçılar Azərbaycanın faydalı qazıntılarının talan olunmasını dayandırılmasını tələb edirlər. Onlar “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarına buraxılmayanadək aksiyanı davam etdirmək niyyətindədirlər. Ölkənin müxtəlif regionlarından etirazçılara qoşulan gənc fəalların sayı gündən-günə artır.
Bu xəbər oxucular tərəfindən 526 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed