Şrift:
Ölkədə avtobus istifadəçilərinin sayı artıb, taksiyə minənlər azalıb
19.12.2022 [11:33] - Gündəm, Sosial
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda avtobuslarla 1 196 123,3 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 29,2% çoxdur.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə minik taksilərindən 76 029 min nəfər istifadə edib ki, bu da illik müqayisədə 5,5% azdır.
Xatırladaq ki, ötən il Azərbaycanda avtobuslarla 1 032 999,8 min sərnişin daşınıb, bu da illik müqayisədə 2,1% azdır. Hesabat dövründə, minik taksilərindən 86 944 min nəfər istifadə edib, bu da illik müqayisədə 93,5% çoxdur.
Bu xəbər oxucular tərəfindən 2456 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed