Şrift:
Azərbaycan dinc yolla məsələni nizama saldığını dünyaya nümayiş etdirdi
20.12.2022 [11:18] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
"Vardanyanın müharibə anonsu verməsi Rusiyanın projesidir”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Xankəndidəki separatçıların "dövlət naziri” Ruben Vardanyanın Ağdərəyə gələrək, müharibə anonsu ilə çıxış etməsinə münasibət bildirərkən deyib. Sədr bildirib ki, Vardanyanın müharibəyə çağırışının məqsədi Rusiya sülhməramlılarının bölgədə qalmasına nail olmaqdır:

"Keçinin buynuzu qaşınanda gətirib, çobanın çomağına sürtər. Ermənilər artıq özlərini pis vəziyyətə salıb. Arda-arda səhvlərə yol verirlər. Təbii ki, bu heç də Vardanyanın öz fikri deyil. Böyük ehrimalla bu Rusiyanın projesidir. Məqsəd də odur ki, Qarabağda toqquşma baş versin və yaranmış vəziyyətdən istifadə edərək Rusiya sülhməramlı kontingent adı aldında öz hərbi qüvvələrini saxlasın. Vardanyanın müharibə çağırışında məqsəd məhz budur”.

Partiya sədrinin fikrincə, Azərbaycan separatçıların qarışıqlıq salmaq cəhdlərini boğmaq üçün dərhal hərəkətə keçməlidir:

"Azərbaycan dinc yolla məsələni nizama saldığını dünyaya nümayiş etdirdi. Ekofəallar, jurnalistlər, QHT nümayəndələri məsələnin dinc yolla qaydasına salınmasını tələb etdi. Belə olan halda orada kimsə silahlı qarşıdurmaya gedəcəksə, bu, artıq açıq şəkildə separatizm demək olacaq. Dünyanın istənilən yerində belə hallar elə silahla da yatırılır. Vardanyan da başqa ölkənin vətəndaşı olaraq separatçılara rəhbərlik edən birisi kimi davranır. Bu o deməkdir ki, Vardanyan başqa bir dövlətin ərazisinə daxil olan silahlı quldur dəstəsinin başında dayanır. Quldurları zərərsizlışdirmək üçün Azərbaycanın əlində kifayət qədər beynəlxalq əsaslar var. Bakı dərhal bəyan etməlidir ki, bu şəxs və onun tərəfdarları, qanunsuz silahlı dəstələr ölkəmizi tərk etməsə, antiterror əməliyyatı keçiriləcək. Həmin bəyanat verildikdən sonra beynəlxalq təşkilatlar, qonşu dövlətlər və müttəfiqlərlə ciddi şəkildə danışıb əməliyyata başlamalıyıq. Bundan sonra da sussaq, separatçılar və onların himayədarları ölkəmizdə qarışıqlıq sala blərlər”.

Qeyd edək ki, separatçıların "dövlət naziri” Ruben Vardanyan Ağdərə şəhərində və Xocavənd rayon mərkəzində ermənilərlə görüşərək, təxribat xarakterli çıxışlar edib. Vardanyan Azərbaycanın Laçın yolunu "bağlı saxladığı” bir şəraitdə Qarabağ ermənilərinin iki yolu olduğunu (ya təslim olmaq, ya da mübarizə, müharibə aparmaq) bildirib. O, soydaşlarını mübarizəyə səsləyərək, "Azərbaycana qarşı savaş aparmaq üçün birləşmək” lazım olduğunu vurğulayıb.

Rüfət Sultan/qaynarinfo.az
Bu xəbər oxucular tərəfindən 530 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed