Şrift:
Qadın voleybolçular arasında Azərbaycan çempionatı başlayıb
23.12.2022 [10:24] - Gündəm, İdman
Dekabrın 22-də qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ilk turun oyunları keçirilib.

Voleybol Mərkəzində təşkil olunan tura “Abşeron” – “Murov” matçı ilə start verilib.

Mövsümün ilk matçında “Murov” qalib gəlib. Vüqar Əliyevin yetirmələri 3 xalı rəqibini 3:1 (25:19, 25:13, 11:25, 26:24) hesabı ilə məğlub etməklə aktivlərinə yazıblar.

Günün ikinci matçında “Azərreyl” UNEC-i sınağa çəkib. Turun son matçında isə qalib üç hissədə müəyyən olub. Eldar Yusubovun komandası hər üç setdə üstün oyun nümayiş etdirərək, görüşü qələbə ilə başa vurub - 3:0 (25:09, 25:17, 26:24)

Beləliklə, ilk turdan sonra aktivinə 3 xal yazdıran “Azərreyl” və “Murov” turnir cədvəlində 1-ci və 2-ci yerdə qərarlaşıblar. “Abşeron” və UNEC isə turu xalsız başa vurub.

Qeyd edək ki, Yüksək Liqanın qalibi 6 dövrədən sonra müəyyən olunacaq.
Bu xəbər oxucular tərəfindən 1047 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed