Şrift:
Taxıl sazişi Türkiyənin vasitəçilik səylərinin nəticəsidir
26.12.2022 [10:53] - Sağlıq
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “omikron” ştamının BA.5 - BF.7 altnövünə qarşı mübarizə aparmaq üçün ölkələrin ictimai səhiyyə tədbirlərinə hər hansı dəyişikliyin olunmamasını tövsiyə edir.
Bu barədə ÜST-dən məlumat verilib.

Bildirilib ki, yüksək ötürücülüyə malik bu altnöv delta ştamı qədər ciddi hesab olunur və toplanmış immuniteti üstələmək iqtidarındadır.

ÜST açıqlayıb ki, dekabrın 20-nə olan məlumata görə, dünyanın 90-a yaxın ölkəsində BA.5-in 50 mindən çox variantı qeydə alınıb.

BF.7-nin ABŞ, Belçika, Böyük Britaniya, Çin, Hindistan və bir sıra digər ölkələrdə aşkar edildiyi bildirilir. Bu altnöv qızdırma, öskürək və boğaz ağrısı kimi “omikron” ştamının digər altnövlərinə xas oxşar simptomlarına malikdir. Nadir hallarda xəstələrdə qusma və ishal müşahidə oluna bilər.
Bu xəbər oxucular tərəfindən 1527 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed