Şrift:
Rəcəb Tayyib Ərdoğan: Qara dənizdə yeni zəngin qaz yatağı aşkar etmişik
27.12.2022 [10:04] - Türk dünyası-Turan
Türkiyə aparılan kəşfiyyat işləri nəticəsində Qara Dənizdə ümumi həcmi 58 milyard kubmetr olan təbii qaz yatağı aşkarlayıb. Bununla da Türkiyənin Qara dənizdə aşkarlanan qaz ehtiyatı 710 milyard kubmetrə çatıb.

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan xalqa müraciətində bildirib.

“Fateh” kəşfiyyat-qazma gəmisinin “Çaycuma-1” adlı yataqda tapdığı təbii qaz ehtiyatları dənizin 3023 metr dərinliyində yerləşir.

Sabir Şahtaxtı
Bu xəbər oxucular tərəfindən 1612 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed