Şrift:
Fərəc Quliyev:Naxçıvandakı yeni yanaşmalar xalqı xəyal qırıqlığından çıxaracaq
27.12.2022 [11:19] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
“Naxçıvanda mühüm islahatlar gedir və qanunun aliliyi təmin olunur”.

Bu barədə Demokrat.az-a açıqlamasında istiqlalçı deputat, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib. Partiya sədri əlavə edib ki, artıq idarəetmə sistemində də müəyyən dəyişiliklər edilib:

"Bildiyimiz kimi, Prezident Naxçıvana öz səlahiyyətli nümayəndəsini göndərdi və bunlar zərurət idi. İdarəetmə dəyişəndən sonra yəqin ki, bir müddətdən sonra orada daha fərqli bir qurum yaranacaq. Naxçıvan iqtisadi zonası yaradıla bilər və başqa rayonlar kimi o da Bakıya tabe olar. İkinci tərəfdən, orada mövcud olmuş qurumlar korrupsiyaya bulaşmışdı. Qurumlarda yoxlama aparılmış və nəticədə 5 milyona qədər yeyinti aşkarlanmışdır. Bu da çox ciddi məsələdir və orada ciddi şəkildə islahatlar aparılmalıdır.

Təbii ki, Vasif Talıbov istefa verdi və istefanın alternativi yox idi, verilməli idi. Hesab edirəm ki, bölgənin taleyində ciddi şəkildə dəyişikliklər olacaq. Bölgənin taleyini bütövlükdə ölkə əhalisi müəyyənləşdirir. Hesab edirəm ki, Naxçıvandakı yeni yanaşmalar xalqı xəyal qırıqlığından çıxaracaq".

Nəzrin/Demokrat.az
Bu xəbər oxucular tərəfindən 705 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed