Şrift:
Şahmatçılarımızın Qazaxıstan sınağı davam edir
28.12.2022 [10:26] - Gündəm, İdman
Qazaxıstanın Almatı şəhərində rapid və blits üzrə dünya çempionatı davam edir. Bu gün kişilərin yarışında rapid növündə VI-IX turun, qadınların mübarizəsində V-VIII turun qarşılaşmaları oynanılıb.

Kişilərdən ibarət yığmamızın lideri Şəhriyar Məmmədyarov keçirdiyi 4 görüşün hamısında heç-heçə edib. Rauf Məmmədov və Vüqar Əsədli 2 qələbə, 1 heçə-heçə, 1 məğlubiyyətlə yadda qalıblar. Aydın Süleymanlı 1 qələbə, 2 heç-heçə, 1 məğlubiyyət, Abdulla Qədimbəyli 2 qələbə, 2 məğlubiyyət, Vasif Durarbəyli ilə Məhəmməd Muradlı 1 qələbə, 1 heç-heçə, 2 məğlubiyyətə imza atıblar.

R.Məmmədov hazırda 6 xalla 18-ci pillədə qərarlaşıb. Eyni xala malik Ş.Məmmədyarov 20-ci pillədə qərarlaşıb.

Qadınların mübarizəsində Ülviyyə Fətəliyeva 2 qələbə, 2 məğlubiyyət, Gülnar Məmmədova ilə Gövhər Beydullayeva 2 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət, Xanım Balacayeva 1 qələbə, 2 heç-heçə, 1 məğlubiyyət, Ləman Hacıyeva 1 qələbə, 1 heç-heçə, 2 məğlubiyyət, Günay Məmmədzadə 1 heç-heçə, 3 məğlubiyyətlə yadda qalıb.

Aktivində 5 xal olan G.Məmmədova 18-ci, X.Balacayeva 20-ci pillədə yer alıblar.

Qeyd edək ki, dünya çempionatı dekabrın 30-da başa çatacaq.
Bu xəbər oxucular tərəfindən 1030 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed