Şrift:
İran Rəşt-Astara dəmir yolu xəttini tamamlaması üçün Rusiya və Çini gözləməyəcək
28.12.2022 [10:39] - Siyasət
“Rəşt-Astara dəmir yolu xəttinin tamamlanması üçün Rusiya və Çini gözləməyəcəyik”.

Bunu İranın yol və şəhərsalma nazirinin müavini Xeyrullah Xademi deyib.
O bildirib ki, İranın dəmir yolu layihələri içində prioritet Rəşt-Astara dəmir yolu layihəsinin təkmilləşdirilməsidir:

"Layihənin texniki işləri görülüb, mühəndislik işləri başa çatıb, texniki smeta da aparılıb, sərmayə yatırmaq istəyən investorlara müqavilə göndərmişik, maliyyələşmə təmin olunan kimi layihənin icrasına başlayacağıq".

O qeyd edib ki, bu layihəni başa çatdırmaq üçün 800 milyon avro lazımdır:

“Rusiya hələ bizə maliyyə təklifi verməyib. Ruslardan yaxşı təklif gəlsə, biz, onu qəbul edəcəyik. Amma ruslar təklif etməsə və ya bizim üçün məqbul olmayan təklif olsa, biz bu layihəyə daxili imkanlarla başlayacağıq."

Nazir müavini əlavə edib ki, yaxın həftələrdə ruslardan bu təklifi alacaqlarına ümid edirlər:

“Layihənin maliyyələşdirilməsinə ruslarla davam edib-etməmək barədə qərar verə biləcəyik. Buna baxmayaraq, bu xəttin tamamlanması prosesi dayandırılmayıb. Biz bu marşrutun 164 km-dən 25 km-ni hökumətin nəzərdən keçirdiyi digər maliyyələşdirmə yollarından istifadə edərək icra əməliyyatları həyata keçiririk. Biz ruslar və ya çinliləri gözləməyəcək və ya digər maliyyələşdirmə yolları ilə layihəni tamamlayacağıq."
Bu xəbər oxucular tərəfindən 781 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed