Şrift:
Azərbaycanda daha 90 nəfər koronavirusa yoluxub
29.12.2022 [10:23] - Gündəm, Sağlıq
Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 90 yoluxma faktı qeydə alınıb, 131 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahda verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 826 min 165 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 815 min 641 nəfər müalicə olunaraq sağalıb, 10 min 8 nəfər vəfat edib. Aktiv xəstə sayı 516 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 82, bu günə qədər isə ümumilikdə 7 milyon 425 min 687 test icra olunub.
Bu xəbər oxucular tərəfindən 1675 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed