Şrift:
Kadi Borqes "Qarabağ"dan ayrılıb
05.01.2023 [11:19] - Gündəm, İdman
Kadi Borqes "Qarabağ"ı tərk edib.

Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Kadi Borgesin transferi ilə bağlı Rusiyanın “Krasnodar” klubu ilə aparılan danışıqlar yekunlaşıb. Danışıqların yekununa əsasən, futbolçu tibbi müayinədən keçdikdən sonra “Krasnodar”la rəsmi müqavilə imzalayacaq. Keçidin detalları açıqlanmayıb.

Qeyd edək ki, Kadi 2021-ci ilin yayından "Qarabağ"da oynayırdı.
Bu xəbər oxucular tərəfindən 813 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed