Şrift:
Bakıda dana və quzu ətinin qiyməti bahalaşıb
05.01.2023 [11:31] - Gündəm, Bildiriş
Yeni il bayramı günlərində ölkədə ətin qiymətinin artması müşahidə olunub.

Trend xəbər verir ki, hazırda paytaxtın bəzi sallaqxanalarında dana ətinin 1 kiloqramı 14-16, quzu ətinin kilosu isə 19-20 manata satılır.

Satıcılar bildiriblər ki, ətin bahalaşmasının səbəbi bayramda bu məhsula tələbatın artması ilə əlaqəlidir.

Satıcılar bildiriblər ki, qiymətin bahalaşması müvəqqətidir. Hesab edirlər ki, növbəti həftədən ətin qiyməti yenidən ucuzlaşacaq.
Bu xəbər oxucular tərəfindən 1791 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed