Şrift:
Slovakiyada növbədənkənar parlament seçkiləri sentyabrın 30-da keçiriləcək
23.01.2023 [10:28] - Siyasət
Slovakiyada növbədənkənar parlament seçkiləri 2023-cü il sentyabrın 30-da keçiriləcək.

Bu barədə "Pravda" xəbər portalı ölkənin baş naziri vəzifəsini icra edən Eduard Hegerə istinadən bildirib.

Slovakiya Milli Şurasında (parlamentində) çoxluğa sahib olan liberal partiyaların liderləri seçkilərin vaxtı ilə bağlı razılığa gəliblər.

Bundan əvvəl onlar respublikanın hökumət koalisiyasını təşkil edirdilər, lakin bir neçə ay əvvəl əhəmiyyətli fikir ayrılıqlarına görə əməkdaşlığı dayandırdılar.
Bu xəbər oxucular tərəfindən 320 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed