Şrift:
Stolüstü tennisçilərimiz Qazaxıstanda uğurla çıxış ediblər
30.01.2023 [11:39] - Gündəm, İdman
Stolüstü tennisçilərimiz Qazaxıstanın Çimkənd şəhərində təşkil olunan “Shimkent Cup” turnirində uğurla çıxış ediblər.

Seçmə komandanın böyük məşqçisi Fərhad İsmayılov və məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə mübarizəyə qatılan komandamızın üzvləri beynəlxalq yarışı iki medalla başa vurublar.

Mərziyyə Nurmətova ilə Aylin Əsgərova qızların qoşa turnirində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün birinci pilləsinə yüksəliblər. M.Nurmətova şəxsi yarışlarda da etimadı doğruldub. Sumqayıt stolüstü tennis məktəbinin yetirməsi yarışın bürünc medalına da sahib olub.

Beləliklə, stolüstü tennisçilərimiz ilə uğurlu nəticə ilə start veriblər.
Bu xəbər oxucular tərəfindən 514 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed