Şrift:
Ərdoğandan Makrona ciddi tənqid - Dürüst deyil
30.01.2023 [11:50] - Xəbərlər, Gündəm, Türk dünyası-Turan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezident Emanuel Makronu ciddi tənqid edib.

R.T.Ərdoğan Fransa Prezidenti Emmanuel Makronun dürüst olmadığını bildirərək Türkiyənin beynəlxalq siyasətin düzgünlüyə əsaslanmalı olduğuna inandığını vurğulayıb.

"Dürüstlük olmayan yerdə ləyaqət də olmaz. Əlbəttə dünyada bir çox bu cür lider var", - deyə Türkiyə Prezidenti əlavə edib.

O həmçinin Fransanın Afrikada Mali və Burkina Fasoda, həmçinin daha geniş beynəlxalq ictimaiyyətdə nüfuzunu getdikcə itirməkdə olduğunu deyib.

"(Makron parlamentdə etimadını itirib... Fransa etimadını getdikcə itirir", - R.T.Ərdoğan bildirib.

Türkiyənin türk dövlətləri ilə, o cümlədən Azərbaycan, Qazaxıstan və Türkmənistanla münasibətlərinin gündən-günə gücləndiyini vurğulayan R.T.Ərdoğan Ankaranın təkcə türk dövlətləri ilə deyil, həm də Liviya ilə əlaqələri inkişaf etdirdiyini deyib.
Bu xəbər oxucular tərəfindən 1227 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed