Şrift:
Bakı-Naxçıvan-Bakı istiqamətində sərnişin avtobuslarının hərəkəti dayandırılıb?
01.02.2023 [10:28] - Gündəm
Sosial şəbəkələrdə son vaxtlar İranda baş verən hadisələrlə bağlı Bakı-Naxçıvan-Bakı istiqamətində sərnişin avtobuslarının hərəkətinin dayandırılması barədə məlumatlar yayılıb.

Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildiriblər ki, Bakı-Naxçıvan-Bakı istiqamətində sərnişin avtobuslarının hərəkətində dəyişiklik yoxdur.

"Avtobus reysləri İran ərazisindən keçməklə həyata keçirilir və qrafikdə dəyişiklik edilməyib", - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Azərbaycanın İrandakı səfirliyindəki terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovun cənazəsi Bakıya gətirilib və İkinci Şəhidlər Xiyabanında dəfn olunub.
Bu xəbər oxucular tərəfindən 225 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed