Şrift:
Türkiyədə yeddigünlük milli matəm elan edilib
07.02.2023 [10:08] - Gündəm, Türk dünyası-Turan
Türkiyədə güclü zəlzələlər nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar yeddigünlük milli matəm elan olunub.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviter hesabında etdiyi paylaşımda məlumat verib.

“Fevralın 6-da ölkəmizdə baş vermiş zəlzələlərlə əlaqədar yeddigünlük milli matəm elan edilib. Bayrağımız fevralın 12-də gün batana qədər ölkəmizin bütün ərazisində və xaricdəki nümayəndəliklərimizdə yarıya qədər endiriləcək”, - deyə Türkiyə Prezidenti qeyd edib.
Bu xəbər oxucular tərəfindən 1326 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed