Şrift:
Azərbaycan nefti bahalaşıb
08.02.2023 [10:23] - Gündəm, İqtisadiyyat
Fevralın 7-də İtaliyanın Auqusta limanında CIF bazisi üzrə Azərbaycanın “Azeri Light” markalı neftinin bir barelinin qiyməti 2,74 dollar bahalaşaraq 85,34 dollar olub.
Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,75 dollar bahalaşaraq 83,57 dollar olub.
Azərbaycanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanından Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 2,7 dollar bahalaşaraq 45,66 dollar olub.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin bir barelinin qiyməti fevralın 7-də 2,51 dollar bahalaşaraq 82,11 dollar olub.
Bu xəbər oxucular tərəfindən 361 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed