Şrift:
Dünya Bankının prezidenti vəzifədən gedəcəyini açıqlayıb
16.02.2023 [12:46] - Gündəm, İqtisadiyyat
Dünya Bankının prezidenti Devid Malpass iyunun 30-dək vəzifəsini tərk edəcəyini bildirib.

Bu barədə “Bloomberg” agentliyi Devid Malpassa istinadla məlumat yayıb.

Altmış altı yaşlı Devid Malpassın bu vəzifədə rəsmi müddəti 2024-cü ilin aprelində başa çatacaq. O, bu müddətin başa çatmasından təxminən bir il əvvəl, yəni maliyyə ilinin sonuna qədər vəzifəsini tərk etmək niyyətində olduğunu bildirib.
Bu xəbər oxucular tərəfindən 401 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed