Şrift:
Britaniyanın Avropa və Şimali Amerika üzrə naziri Azərbaycanda səfərdədir
22.02.2023 [11:16] - Siyasət
Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti Azərbaycanda səfərdədir.

Bu barədə Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld tviter hesabında qeyd edib.

Səfir Leo Dokerti ilə birgə Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi general-leytenant Müzəffər Pirizadə ilə görüşdüyünü qeyd edib.

Görüşdə ikitərəfli əməkdaşlıq layihələri ilə yanaşı Xəzər dənizində təhlükəsizlik məsələləri müzakirə edilib.
Bu xəbər oxucular tərəfindən 309 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed