Şrift:
Qardaş Türk Əməkdaşlıq Təşkilatlarının rəhbərləri bir araya gəlib
24.02.2023 [10:18] - Gündəm, Türk dünyası-Turan
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyeva TÜRKSOY-un Baş katibi Sultan Rayevlə görüşüb.

Fonddan bildirilib ki, görüşdə türk xalqları arasındakı hərtərəfli dostluq münasibətlərinin daha da möhkəmlənməsində Türk Əməkdaşlıq Təşkilatları tərəfindən göstərilən səylərin önəmindən söz açılıb. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və TÜRKSOY-un türk xalqlarına məxsus ortaq mədəni irsin təşviqi istiqamətindəki işləri üzrə ümumi söhbət aparılıb. Şuşanın “2023-cü il Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilməsinin mühüm əhəmiyyəti vurğulanaraq, bu səpkidə birgə təbirlərin həyata keçirilməsi müzakirə olunub.

Görüşdə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumunun təşkili ilə bağlı görülən hazırlıqlardan bəhs edilib.

Eyni zamanda, tərəflər Beynəlxalq Türk Dilləri Forumunun və digər layihələrin keçirilməsi, eləcə də Türk Dünyasının böyük şəxsiyyətlərinin ildönümlərinin qeyd olunması yönündə əməkdaşlığın vacibliyinə toxunub.

Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim edilib və xatirə şəkilləri çəkilib.
Bu xəbər oxucular tərəfindən 1224 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed