Şrift:
Təmassız dünyanın yeni vərdişləri
24.02.2023 [10:26] - Gündəm
Son illər ərzində biz COVID-19-lu bir dünyada yaşamağa uyğunlaşmağa çalışdıq. Koronavirusun yayılmasının müsbət tərəfini tapmaq çətin olsa da, bir müsbət cəhət ondan ibarətdir ki, bu qlobal təlatüm dövrü bizim arzuolunmaz bəzi ictimai sağlamlıq vərdişlərimizi dəyişdirdi və gigiyenamızı yaxşılaşdırdı. O, həmçinin işə, məktəbə və digər şeylərə yanaşma tərzimizi dəyişə bilər.

Təsadüfi deyil ki, bu dövrdə çıxan yeniliklər, vərdişlər kovid dövrünün sonunda da bizimlə qalacaq və bundan sonrakı həyatımızı formalaşdıracaq. Gəlin birlikdə kovidin gündəlik həyatımıza gətirdiyi vərdişlərdən danışaq.

Əl sıxışmaları azalacaq və yox olacaq

Xəstəliyin baş verdiyi ilk günlərdə, insanların əl sıxmaqdan çəkinməyə başlaması cəmiyyət normalarında ilk və ən nəzərə çarpan dəyişikliklərdən biri oldu.

Müştəri ehtiyaclarına daha yaxşı qarşılanacaq

Onlayn dünya şirkətlərin təmassız və uzaqdan xidmət səviyyəsinin artmasına səbəb oldu. Şirkətlər başa düşdü ki, fiziki təmas olmadan da alıcılıq gücü var və bu müştəriləri itirməmək üçün öz onlayn infrastrukturlarını inkişaf etdirdilər.

Daha çox şirkət işçilərə uzaqdan işləməyə icazə verəcək
COVID-19-dan əvvəl, yeni işə başladığınız zamanın ən azı bir hissəsini uzaqdan işləmək istəyi neqativ qarşlanırdı. Ancaq indi evdən işləmək bir çox ofis işçiləri üçün yeganə seçimdir və bu vərdiş artıq əbədi olaraq bizimlə qalacaq.
Təmassız ödənişlər dövrü

Koviddən sonra isə insanlar pulla da təmas etməkdən çəkinməyə başladılar. Pandemiya vaxtı xəstəliyin yayılması üçün ən əlverişli üsullardan biri olan nağd pul sürətli şəkildə yerini nağdsız və təmassız ödənişlərə və pul köçürmələrinə verdi. Tələbat artdıqca bazardakı fiqurların gedişləri daha ciddi forma aldı. Ölkəmizdə də bu barədə ciddi addımlar atıldı. Əvvəlcə böyük maliyyə qurumları təmassız ödənişləri təşviq edən kampaniyalar elan etdi. Daha sonra isə m10 kimi elektron pulqabılar bazara daxil oldu və çox böyük istifadəçi kütləsi topladı. PashaPay şirkətinin təqdim etdiyi m10 tətbiqi vasitəsiylə anında rahat və komissiyasız pul köçürmələri və ödənişlər etmək mümkün oldu.
Mütəxəssislərin fikrincə, təmassızlıq sadəcə nağd pulun əvəzlənməsi deyil, bu, həyatımızın tanış sahələrini tədricən transformasiya edəcək qlobal tendensiyadır.
Bu xəbər oxucular tərəfindən 195 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed