Şrift:
Ərdoğan Gürcüstanın baş nazirini qəbul edib
24.02.2023 [10:31] - Siyasət
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini qəbul edib.

Görüş Türkiyə Prezidentinin Ankaradakı iqamətgahında baş tutub.

İ.Qaribaşvili Türkiyəyə səfəri çərçivəsində Hatay vilayətinin zəlzələdən zərər çəkmiş Antakya şəhərinə səfər edəcək, burada Gürcüstan Daxili İşlər Nazirliyinin xilasedici qrupları dağıntıların təmizlənməsində iştirak edirlər.
Bu xəbər oxucular tərəfindən 238 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed