Şrift:
Növbəti Brüssel görüşü: Bu məsələlər masada olacaq
24.02.2023 [10:46] - Xəbərlər, Gündəm, Siyasət
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Münhendə dövlət katibi Antoni Blinkenin Azərbaycan və Ermənistan liderləri ilə görüşünə dair sualları cavablandırıb. O, Vaşinqtonun sülh danışıqlarına dəstək verdiyini söyləyib. Ned Prays, həmçinin Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanın yenidən görüşə biləcəyini diqqətə çatdırıb.


"Blinken son bir neçə ay ərzində gördüklərimizi əks etdirirdi. Bu, tərəflər arasında qarşılıqlı anlaşmanın nəticəsidir. Bu, ABŞ-la ikitərəfli əməkdaşlığın, üçtərəfli əməkdaşlığın, Avropa İttifaqı (Aİ) diplomatiyasının da gördüyü işlərin nəticəsidir və tərəflərin yaxın günlərdə Brüsseldə Aİ Şurası prezidenti Şarl Mişelin ev sahibliyi etdiyi danışıqlarda bir araya gəlməsini görəcəyimizə ümid edirik. Beləliklə, bu tərəqqinin davamını görəcəyimizə ümidliyik. Biz bu dialoqu, bu diplomatiyanı hərtərəfli həll yolunda dəstəkləməyə davam edirik. Dediyimiz kimi, qeyd etdiyimiz əhəmiyyətli irəliləyişlər var. Tərəqqinin davam etdiyini görmək üçün əlimizdən gələni edəcəyik",-o deyib.

Məsələ ilə bağlı Modern.az-a danışan Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov vurğulayıb ki, yaxın günlərdə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan təmsilçilərinin növbəti görüşünün baş tutması labüddür:



"Tez bir zamanda görüşlərin keçirilməsi lazımdır. Əldə edilmiş razılıqlardan sonra bu kimi görüşlər tərəfləri bir-birinə daha da yaxınlaşdıra bilər. Həm Azərbaycana, həm də Ermənistana müxtəlif təzyiq vasitələrindən istifadə edilir. Tərəflərin Qarabağla, Zəngəzurla, sərhədlərlə bağlı yanaşmasının yaxınlaşdırılması üçün addımlar atılacaq. Ermənistanın bu dəfə cığallıq etməyəcəyinə ümid edirəm".


Politoloqun fikrincə, Brüsseldə görüş baş tutsa, Qarabağ erməniləri ilə bağlı məsələ də müzakirə olunacaq:


"Ehtimal edirəm ki, görüşdə Münhendə razılaşdırılmış məqamların detalları müzakirə ediləcək. İstisna etmirəm ki, Azərbaycanla yerli ermənilər arasında təhlükəsizlik məsələləri və inteqrasiyanın mexanizmləri müzakirə edilsin. Çox güman ki, Avropa İttifaqının Bakı və Xankəndi arasında müəyyən məsələlərdə iştirakı mümkündür".
Bu xəbər oxucular tərəfindən 540 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed