Şrift:
Murad Hüseynov mədəniyyət nazirinin müavini təyin edildi
02.03.2023 [10:49] - Mədəniyyət
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Murad Hüseynov mədəniyyət nazirinin müavini təyin edilib.

Murad Hüseynov bu təyinatadək Beynəlxalq Muğam Mərkəzinin direktoru vəzifəsində çalışıb. Pianoçu, beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Respublikasının Xalq artistidir. 2001-ci ildən Bakı Musiqi Akademiyasında müəllim-professor kimi fəaliyyət göstərir.

O, Bakı Musiqi Akademiyasının və Paris Ali Musiqi Akademiyasının məzunudur. Bir çox beynəlxalq müsabiqələrin laureatı və diplomantıdır, bir sıra məşhur orkestr və musiqi kollektivləri ilə birgə konsertlər verib.
Bu xəbər oxucular tərəfindən 3887 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed