Şrift:
DSMF-nin sərbəst vəsaitləri investisiya kimi istifadə ediləcək
07.03.2023 [12:22] - Gündəm, Sosial
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sərbəst vəsaitləri investisiya kimi istifadə oluna biləcək.

Bu bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Sosial sığorta haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dövlət sosial müdafiə fondunun sərbəst vəsaitlərini investisiyaya yönəldə bilər.

İnvestisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı Azərbaycan Respublikasının Mərkəzi Bankında açılmış hesaba toplanır və onların uçotu ayrıca aparılır. İnvestisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı növbəti büdcə ilinə sərbəst vəsaitin investisiyaya yönəldilən hissəsi kimi keçirilir.

Qeyd edək ki, 2023-cü ildə DSMF-nin cəmi xərclərinin 6 milyard 263,97 milyon manat məbləğində proqnozlaşdırılır. 2022-ci il üzrə isə bu xərclər 5 milyard 606,27 milyon manat proqnozlaşdırlmışdı.

Fondun xərclərində artım əsasən əmək pensiyalarının maliyyələşdirilməsi (5 907 180 000,0) üzrə proqnozlaşdırılıb ki, bu da əhalinin sosial müdafiəsinin gücləndirilməsi və ilə bağlı dövlət siyasətinin, eləcə də həyata keçirilmiş sığorta ödənişləri qarşılığında öhdəliklərin müvəffəqiyyətlə reallaşdırılması üçün əsaslı maliyyə zəminini formalaşdırır.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Bu xəbər oxucular tərəfindən 3966 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed