Şrift:
Azərbaycanda daha 4 nəfər koronavirusa yoluxub
14.03.2023 [10:34] - Gündəm, Sağlıq
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən yoxdur.

Azərbaycanda indiyədək ümumilikdə 828 946 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 590 nəfər müalicə olunaraq sağalıb, 10 144 nəfər vəfat edib, aktiv xəstə sayı 212 nəfərdir.

Ölkədə son sutka ərzində 747, hazırkı dövrədək isə 7 542 059 test aparılıb.
Bu xəbər oxucular tərəfindən 6624 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed