Şrift:
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu rəsm aksiyasına start verir
15.03.2023 [11:23] - Gündəm, Mədəniyyət
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu uşaq və gənclər arasında (16 yaşadək) “Türkiye cocuklarina sevgi ile" adlı beynəlxalq sənət aksiyasına start verir.

Fonddan bildirilib ki, layihənin məqsədi Türkiyədə baş vermiş zəlzələlərdən zərər çəkmiş uşaqlara dəstək məqsədilə türk, eləcə də dünya uşaq və yeniyetmələrinin həmrəylik düşüncəsinin formalaşdırılması istiqamətində birləşdirilməsidir.

Rəsm aksiyasına qatılmaq istəyənlər üçün təyin olunmuş şərtlər və qaydalar aşağıdakılardır:

1. İştirakçılar beynəlxalq rəsm aksiyasına bu çətin zamanda Türkiyə uşaqlarına sevgi, dostluq, dəstək və həmrəylik əks etdirən rəsm işlərini təqdim etməlidirlər. Əsərlərin qiymətləndirilməsində əsas meyar – keyfiyyət, fərdi müəllif yanaşması, eləcə də mövzunun dərinliyinin bədii həllidir.

1. Rəsmlər 10 aprel 2023-cü il tarixinədək qəbul olunur. Göstərilən müddətdən gec göndərilən əsərlər aksiyaya qəbul edilmir.

2. Aksiyada iştirak etmək üçün doldurulmuş ərizə (ərizə forması elanın sonuna əlavə edilir) və çəkilmiş rəsmin yüksək keyfiyyətli fotoşəkili e.tanaguzova@itchf.org elektron poçt ünvanına göndərilməlidir. Eyni zamanda, rəsmin əsli Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun qərargahına da (A.Bakıxanov küç.73A, AZ1007, Bakı, Azərbaycan) göndərilməlidir.

3. Layihənin nəticələri əsasında gənc rəssamların əl işləri Fondun rəsmi səhifəsinin qalereya bölməsində yerləşdiriləcək. Layihənin bütün iştirakçıları Fondun sertifikatları ilə təltif olunacaqlar. Seçilmiş rəsmlər kataloq şəklində nəşr olunacaq, eləcə də Türkiyədə zəlzələdən əziyyət çəkən uşaqlara birbaşa təqdim ediləcək.
Bu xəbər oxucular tərəfindən 5468 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed