Şrift:
Azərbaycan neftinin ucuzlaşması davam edir
15.03.2023 [11:33] - Gündəm, İqtisadiyyat
Dünya bazarında "Azeri Light" (CIF) markalı neft ucuzlaşıb.

Azərbaycan neftinin 1 barelə olan qiyməti 2.19 ABŞ dolları və ya 2.6% azalaraq, 81.41 dollar təşkil edib.

Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.

2022-ci il ərzində “Azeri Light” (CIF) markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Bu xəbər oxucular tərəfindən 508 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed