Şrift:
Güləşçimiz Birgül Soltanova Avropa çempionatının finalında
17.03.2023 [10:11] - İdman
Rumıniyanın Buxarest şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.

Mübarizəyə 1/4 finaldan qoşulan Gültəkin Şirinova (53 kq) italiyalı Mariya Feroneni “tuş”la yarışdan kənarlaşdırsa da, yarımfinalda türkiyəli Zeynep Yetgillə bacarmayıb - 0:5. G.Şirinova bürünc medal uğrunda güləşəcək. O, Mariana Draqutan (Moldova) - Çadia Ayaçi (Fransa) qarşılaşmasının qalibiylə mübarizə aparacaq.

Jalə Əliyeva (57 kq) ilk mərhələdə ukraynalı Aleksandra Xomenetsə müqavimət göstərə bilməyib - 2:13. J.Əliyeva sabah təsəlliverici görüşdə Bolqarıstan təmsilçisi Nazife Tairlə güləşəcək.

Birgül Soltanova (65 kq) təsnifat mərhələsində bolqarıstanlı Gergana Stoyanovaya 3:0 hesabıyla qalib gəlib. Millimizin üzvü daha sonra yunanıstanlı Drosula Tzianakopulonu "tuş"la məyus edərək adını yarımfinala yazdırıb. B.Soltanova bu mərhələdə fransalı İris Tiboksdan güclü olub - 6:3. Birgül sabah finalda rumıniyalı Amina Kapezanla qarşılaşacaq.
Bu xəbər oxucular tərəfindən 774 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed