Şrift:
Orta dəhlizin inkişaf etdirilməsi mövzusunda razılaşdıq - Ərdoğan
17.03.2023 [10:28] - Xəbərlər, Gündəm, Siyasət
Artıq güvənilir bir alternativə çevrilən Orta dəhlizin inkişaf etdirilməsi mövzusunda razılaşdıq.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatı Zirvə Toplantısından sonra keçirdiyi mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, enerji təhlükəsizliyi üçün mövcud və potensial əməkdaşlıq sahəsində müzakirələr aparıldı.

"Regional və qlobal məsələləri də dəyərləndirdik. Türk Dövlətləri Təşkilatının beynəxalq səviyyədə tanınması getdikcə artır", - deyə R.T.Ərdoğan bildirib.

Qeyd edək ki, bu gün Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib.

Dövlətimizin başçısı İlham Əliyev tədbirdə iştirak edib.
Bu xəbər oxucular tərəfindən 603 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed