Şrift:
Beynəlxalq poçt və logistika şirkəti Azərbaycandakı nümayəndəliyini bağlayır
27.03.2023 [12:59] - Gündəm, Bildiriş
“DHL Global Forwarding” poçt və logistika şirkəti Azərbaycandakı nümayəndəliyini bağladığını elan edib.

Qeyd edilir ki, kreditorlar iki ay ərzində tələblərini 1100 Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 35c ünvanına bildirə bilərlər.
DHL dünyanın 220-dən çox ölkə və ərazisində fəaliyyət göstərir. DHL dünyanın aparıcı poçt və logistika şirkəti Deutsche Post DHL Group-un bir hissəsidir və DHL Express, DHL Parcel, DHL e-commerce, DHL Global Forwarding, DHL Freight və DHL Supply Chain biznes bölmələrini əhatə edir.

Xatırladaq ki, nizamnamə kapitalı 2 milyon 218 min 660 manat olan “DHL Global Forwarding Azerbaijan” şirkəti 2016-cı ildə qeydiyyatdan keçib.
Bu xəbər oxucular tərəfindən 1530 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed