Şrift:
“Avro-2024”: Avstriya və Fransa yığmaları növbəti qələbələrini qazanıblar
28.03.2023 [10:12] - Gündəm, İdman
Bu gün futbol üzrə “Avro-2024”ün seçmə mərhələsinin ikinci turu çərçivəsində daha səkkiz oyun keçirilib.
F qrupunda yer alan Azərbaycan millisi səfərdə İsveç yığmasının qonağı olub. Görüş İsveç seçməsinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

B qrupu

Niderland - Cəbəllütariq – 3:0

İrlandiya – Fransa – 0:1

Xal durumu: Fransa – 6. Yunanıstan – 3, Niderland - 3. İrlandiya - 0, Cəbəllütariq - 0

E qrupu

Polşa – Albaniya – 1:0

Moldova – Çexiya – 0:0

Xal durumu: Çexiya – 4. Polşa – 3. Moldova – 2. Farer adaları - 1, Albaniya - 0

F qrupu

İsveç - Azərbaycan – 5:0

Avstriya – Estoniya – 2:1

Xal durumu: Avstriya – 6. Belçika - 3, İsveç – 3. Estoniya - 0, Azərbaycan - 0

G qrupu

Macarıstan – Bolqarıstan – 3:0

Monteneqro – Serbiya – 0:2

Xal durumu: Serbiya – 6. Macarıstan – 3, Monteneqro – 3. Litva – 0, Bolqarıstan – 0.
Bu xəbər oxucular tərəfindən 816 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed