Şrift:
İqtisadi Şuranın növbəti iclası keçirilib
31.03.2023 [10:14] - Gündəm, İqtisadiyyat
Martın 30-da Azərbaycan Respublikası İqtisadi Şurasının iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, Şuranın sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının icrasından irəli gələn yerli istehsalın rəqabət qabiliyyətinin yüksəldilməsi məqsədilə xammal və aralıq malların idxal gömrük rüsumlarının optimallaşdırılması”, həmçinin qeyri-neft iqtisadiyyatının dayanıqlı inkişafı üçün strateji investisiya layihələrinin istiqamətləri və təşviq mexanizmləri və digər cari məsələlər ətraflı müzakirə olunub.

İclasda gündəlikdəki məsələlər üzrə iqtisadiyyat naziri Mikayıl Cabbarovun məruzəsi və Şura üzvlərinin rəy və təklifləri dinlənilib.

Sonda müzakirə olunan məsələlər barədə müvafiq qərarlar qəbul olunub və aidiyyəti qurumlara tapşırıqlar verilib.
Bu xəbər oxucular tərəfindən 527 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed