Şrift:
“İslam Əməkdaşlıq Təşkilatı Modeli - Beynəlxalq Münasibətlər Akademiyası” layihəsinə başlanılıb
04.04.2023 [10:31] - Gündəm, Siyasət
On ildən çoxdur Azərbaycanda hər il uğurla həyata keçirilən “İslam Əməkdaşlıq Təşkilatı Modeli - Beynəlxalq Münasibətlər Akademiyası” layihəsinə növbəti dəfə start verilib.

İslam Əməkdaşlıq Gənclər Forumunun Bakıda yerləşən Avrasiya Regional Mərkəzi və Gənclər və İdman Nazirliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən layihənin 2023-cü il buraxılışı ilk mühazirə proqramı ilə öz işinə başlayıb.

Proqramda iştirak üçün müsahibə əsasında Azərbaycanın bir sıra aparıcı ali məktəblərini təmsil edən və iştirak üçün müraciət etmiş yüzlərlə tələbə arasından xüsusi istedadı və xarici dil bacarıqları ilə fərqlənən 100-dən çox gənc seçilib.
Bu xəbər oxucular tərəfindən 369 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed