04.04.2023 [10:41] - Gündəm, İqtisadiyyat
Yaşı 10 ildən artıq olan işlənmiş avtomobillərin idxalına tətbiq ediləcək yeni məhdudiyyət Azərbaycana avtomobil idaxlını 30 faizə qədər azaldacaq.
Bunu nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib.
O qeyd edib ki, bu məhdudiyyət əsasən ekoloji təhlükəsizlik və ümumi yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi ilə bağlıdır. “Ötən ilin sentyabr ayından başlayaraq Bakı küçələrində tıxaclar daha sürəkli xarakter almışdır. ETSN-in keçirdiyi monitorinqlərin nəticəsi kimi havada dəm qazının, azot oksidlərinin və bəzi başqa zərərli maddələrin normadan xeyli çox olduğu barədə məlumatlar da hamının yadındadır”, - deyə o qeyd edib.
Ə.Hüseynov bildirib ki, avtomobil idxalının azalması Bakıda tıxacları yaxşılaşdırmayacaq. “Tıxacları yaxşılaşdırmaq üçün başqa işlər görmək lazımdı, o cümlədən, ictimai nəqliyyatı, infrastrukturu yaxşılaşdırmaq lazımdır. Ola bilər avtomobil idxalının azalması tıxacların artmasını yavaşıda bilər”, - deyə o əlabə edib.

Bu xəbər oxucular tərəfindən 471 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |