Şrift:
Paytaxt havasında disper toz hissəciklərinin və dəm qazının miqdarı normadan yüksək olub
13.04.2023 [09:58] - Gündəm
Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən, aprelin 12-də gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dispers toz hissəciklərinin və dəm qazının miqdarı normadan 1.7, azot-4 oksidin miqdarı Gəncə şəhərində 1.3, Sumqayıt şəhərində 1.2 dəfə yüksək müəyyən edilib.

Sinoptik vəziyyətə və toz proqnoz modellərinə əsasən havada müşahidə olunan toz transərhəd xarakterlidir və qısa müddət davam edəcəyi ehtimal olunur.

Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması və digər antropogen təsirlərlə əlaqədardır.
Bu xəbər oxucular tərəfindən 222 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed