Şrift:
Azərbaycan "D-8"ə qoşulmaq üçün müraciət edib - Çavuşoğlu
14.04.2023 [10:35] - Xəbərlər, Gündəm, Türk dünyası-Turan
Azərbaycan "D-8"ə qoşulmaq üçün müraciət edib.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"Türk Dövlətləri Təşkilatını qlobal aktora çevirməliyik. Biz "D-8"i "D-20"yə çevirməliyik", - deyə nazir qeyd edib.

Qeyd edək ki, "D 8" (İslam səkkizliyi) təşkilatı Banqladeş, Misir, Nigeriya, İndoneziya, İran, Malayziya, Pakistan və Türkiyə arasında əməkdaşlığın inkişafı üzrə beynəlxalq təşkilatdır.
Bu xəbər oxucular tərəfindən 1275 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed