Şrift:
Səhnə teatrı ikinci tamaşasını teatrsevərlərə təqdim edib
17.04.2023 [09:51] - Gündəm, Mədəniyyət
Səhnə prodüser mərkəzinin nəzdində fəaliyyət göstərən Səhnə teatrında Edvard Olbinin “Zooparkda nə baş verdi?” tamaşasının premyerası olub.
Tamaşanın prodüseri Elçin Hacı, quruluşçu rejissoru Elvin Mirzəyev və səs operatoru Nicat Cəbrayılovdur.

Təsadüfən parkda tanış olan iki insan heç bilməzdilər ki, bir-birinin taleyində necə əhəmiyyətli iz qoyacaqlar. Çox vaxt insan nəyə qadir olduğunu ağlına belə gətirmir.

Tamaşada rolları Əməkdar artist Vaqif Kərimov və artist Ramil Məmmədov ifa etdilər.

Tamaşaçılar qəhrəmanları və hadisələri çox yaxından izləyərək tamaşanı alqışlarla qarşılayıblar.
Bu xəbər oxucular tərəfindən 5170 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed