Şrift:
Terrorçuların hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 4 əsgəri yaralanıb
17.04.2023 [09:53] - Gündəm, Türk dünyası-Turan
Terror təşkilatı PKK/YPG yaraqlılarının Türkiyə Silahlı Qüvvələrinin “Zeytun budağı” və “Fərat qalxanı” hərbi bazalarına təşkil etdiyi hücumda 4 əsgər yaralanıb.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda hücumda yaralanan 4 əsgərin Kilis Dövlət Xəstəxanasında müalicə olunduğu qeyd edilib.

"Müəyyən edilmiş hədəflər dərhal vurulub və terrorçulara eyni şəkildə cavab verilib”, - deyə bildirilib.
Bu xəbər oxucular tərəfindən 1227 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed