Şrift:
“Şençjou-15” gəmisinin heyəti dördüncü dəfə açıq kosmosa çıxıb
17.04.2023 [10:05] - Gündəm
“Şençjou-15” pilotlu kosmik gəmisinin ekipajı dördüncü dəfə bortdan kənara çıxıb.

Bu barədə Çin Milli Kosmik İdarəsi məlumat yayıb. “Ventyan” modulunu tərk edən taykonavtlar (çinli kosmonavt – red.) Fey Syunlun və Çjan Lu stansiya xaricində bütün işləri uğurla tamamlayaraq üçüncü ekipaj üzvü Den Sinminin köməyi ilə stansiyaya qayıdıblar.

Üç taykonavtdan ibarət komanda dörd aydan çoxdur geostasionar (yerətrafı – red.) orbitdədir. Tapşırıqların uğurla yerinə yetirilməsi onlara kosmosda elmi-texniki təcrübələri davam etdirməyə imkan verəcək.

Çin bu il kosmik stansiyaya daha üç missiya, o cümlədən Tyançjou-6 yük kosmik gəmisi, həmçinin Şençjou-16 yük gəmisi və Şençjou-17 idarəolunan kosmik gəmini göndərməyi planlaşdırır.
Bu xəbər oxucular tərəfindən 223 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed