Şrift:
Neft qiymətləri stabil dinamikanı qoruyub saxlayır
17.04.2023 [10:10] - Gündəm, İqtisadiyyat
Bazar ertəsi səhər dünyada neft qiymətləri stabildir, investorlar bazara OPEC+ təsirini nəzərə alır və ABŞ-də hasilat proqnozunu gözləyirlər.

Sövdələşmə məlumatları bunu təsdiqləyir.

Brent markalı neftin qiyməti 0,03% ucuzlaşaraq bir bareli 86,28 dollara, WTI markalı neftin iyun fyuçerslərinin qiyməti isə bir o qədər cüzi, yəni 0,05% ucuzlaşaraq bir bareli 82,38 dollara düşüb.

İnvestorlar ABŞ-də may ayında neft hasilatına dair proqnozu gözləməkdədirlər. Proqnoz ABŞ Energetika Nazirliyinin Enerji İnformasiyası İdarəsi (EIA) tərəfindən bazar ertəsi axşam dərc olunacaq.
Bununla belə, öncəki ticarət günü neft bir qədər bahalaşıb. "OPEC+ tərəfindən hasilatın azaldılması qiymətlərin artmasına açıq-aşkar təsir edib", - deyə "Bloomberg" agentliyi ING Group NV-nin xammal strategiyası şöbəsinin rəhbəri Varren Pattersondan sitat gətirir.

OPEC+ tərəfindən neft hasilatının əlavə olaraq azaldılması barədə qərar aprelin 2-də qəbul edilib. Azaldılmanın ümumi həcmi ilin sonunadək gündəlik 1,66 milyon barel təşkil edəcək.
Bu xəbər oxucular tərəfindən 972 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed