Şrift:
Tərtər rayonunda mina hadisəsi baş verib, bir nəfər xəsarət alıb
26.04.2023 [10:30] - Gündəm, Hadisə
Aprelin 26-da Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.

Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətindən məlumat verilib.

Piyada əleyhinə minanın partlayışı nəticəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun sürücüsü, 1990-cı il təvəllüdlü Babaşov Xəzər Tarıyel oğlu xəsarət alıb. Xəsarət alan şəxs Bərdə rayon xəstəxanasına yerləşdirilib, vəziyyəti stabildir. Həyatı təhlükəsi yoxdur.
Bu xəbər oxucular tərəfindən 4885 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed