Şrift:
ABŞ Konqresi Ukraynanın qələbəsi ilə bağlı sənədə baxacaq
26.04.2023 [10:58] - Siyasət
Aprelin 25-də ABŞ Konqresinin üzvləri "Ukraynanın qələbəsi" adlı qətnamə layihəsini təqdim ediblər.
Sənəddə Ukraynanın qələbəsi 1991-ci ildə beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Kiyevin nəzarətinə tam qayıtmaqla hesab edilməlidir.
Qeyd olunur ki, sənədin həmmüəllifləri ABŞ Konqresinin Nümayəndələr Palatasının qanunvericiləri, Helsinki Komissiyasının sədri, respublikaçı Co Vilson və demokrat Stiv Koendir.
Təqdimatda demokrat konqresmen Marsi Kaptur, Ukraynanın 3-cü prezidenti Viktor Yuşşenko və xanımı Katerina, həmçinin Ukrayna Fəaliyyət Sammitinin iştirakçıları da iştirak ediblər.
Bu xəbər oxucular tərəfindən 681 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed