Şrift:
Fərəc Quliyev:İran din pərdəsi altında Azərbaycanda təxribatlar yaratmağa çalışır
26.04.2023 [11:08] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Bir neçə gün öncə məlum oldu ki, İranın molla rejimi Azərbaycanda yeni təxribat həyata keçirmək üçün yeni təşkilat yaratmağa qərar verib. Təbii ki, molla rejiminin bütün şəbəkələrini ifşa edən Azərbaycan bu təşkilata da qarşı lazımi mübarizə aparacaq. Bir sıra ekspertlər qeyd edir ki, bu məsələ ilə bağlı ciddi mübarizə yollarından biri televiziyalarda dini proqramların təşkili, əhalini dinin əsl mahiyyəti ilə bağlı maarifləndirməkdir.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Yeni Müsavat”a deyib ki, İran din pərdəsi altında Azərbaycanda təxribatlar yaratmağa çalışır:

“Hesab edirəm ki, televiziyalarda bayağı verilişlər yerinə, din haqqında verilişlər vermək, insanları maarifləndirmək, təbliğat işi aparmaq, camaatla danışmaq lazımdır. Əksər insanların sadəliyindən və cahilliyindən istifadə olunur. Axı insanların hamısı satqın deyil”.

Xalidə GƏRAY/musavat.com
Bu xəbər oxucular tərəfindən 899 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed