Şrift:
Fərəc Quliyev:Məsələni siyasiləşdirməyə lüzum yoxdu
26.04.2023 [19:14] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
- Siyasi.partiyalar haqqında qanunun qəbulundan sonra partiyalarda baş verənlər cəmiyyətdə daha çox maraq doğurur. AY partiyası sədri Anar Əsədlinin həbsinə sosial şəbəkələrdə müxtəlif reaksiyalar olsa da partiya sədrlərinin münasibəti demək olar ki olmadı .

- Niyə partiya sədiri olaraq bu məsələyə münasibət bildirməli idik?.Axı bu mülkü bir işdir.Hadisənin siyasi yönü yoxdur.Hətta bunu siyasi sifariş kimi təqdim etmək istəyənlər də oldu.Şikayət edən tərəf nə hakimiyyət nümayəndəsi,nə hakim partiya üzvləridir.Tərəflər yaxın dostlar və müsahibələrdən göründüyü qədər iş ortaqlarıdır.Ona görə bu məsələyə aidiyyatı olmayanların qarışmasının anlamı olmaz.

- Həbs olunan partiya sədri olduğu üçün münasibətiniz maraqlı oldu.

- Ortada sadə bir məsələ var.Partiya sədri borcu qaytarmadığından borc verən tərəf şikayətçidir.Qanun qarşısında hamı bərabərdi.Heç bir status heç kimə qanundan yan keçmək üçün imtiyaz yaratmır.Üstəlik partiya sədrləri və funksionerləri cəmiyyətə nümunə olacaq insanlardır və bu mənada ikiqat məsuliyyətlidirlər.Dövləti idarə etməyə iddialı olanlar özləri “şah qanun deyil,qanun şahdır”tezisinin aksioma olduğunu nəinki qəbul etməli,həm də cəmiyyətə təlqin etməlidirlər.Hakimiyyətə gələcək hər kəsdən ədalət istəyən cəmiyyət öncə bunu gözləyir.
Ona görə bu məsələni siyasiləşdirməyə ,partiya sədrlərindən də fərqli mövqe gözləməyə lüzum yoxdu .

Müsahibəni aldı: F. Maqsudov
Bu xəbər oxucular tərəfindən 1170 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed