Şrift:
“Neftçi” klubu Azərbaycan kuboku yarışlarının finalına yüksəlib
27.04.2023 [10:34] - İdman
Futbol üzrə Azərbaycan kuboku yarışlarında ilk finalçı bəlli olub.

Turnirin yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində “Neftçi” klubu “Turan Tovuz”u qəbul edib.

“Bakcell Arena”da keçirilən matç “Neftçi”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda Emin Mahmudov və Kenni Sayef fərqləniblər.

Komandalar arasında keçirilən ilk oyun “Turan Tovuz”un minimal hesablı qələbəsi ilə yekunlaşmışdı – 1:0. İki oyunun nəticəsinə görə, “Neftçi” turnirin finalına vəsiqə qazanıb.

Digər yarımfinal matçında isə "Qəbələ" "ASCO Arena"da "Səbail"in qonağı olacaq. Bu görüş aprelin 27-də gerçəkləşəcək.
Bu xəbər oxucular tərəfindən 1736 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed