Şrift:
Stolüstü tennisçilərimiz finalda
28.04.2023 [09:48] - İdman
Stolüstü tennis üzə U-13 milli komandamız Avropa Stolüstü Tennis İttifaqının “Europe youth series” turnirində finala yüksəlib.

Xorvatiyanın Osiyek şəhərində keçirilən yarışın qrup mərhələsində Yunanıstan, Portuqaliya və Xorvatiya seçmələrinə qalib gələn komandamız dörddəbir finalda Sloveniya millisini 5-1, yarımfinalda isə ev sahibinin digər kollektivini 5-0 hesabı ilə üstələyərək həlledici mərhələyə adlayıb.

Komandamızın finaldakı rəqibi Çexiya seçməsi olacaq.

Qeyd edək ki, Osiyek sınaqlarında məşqçilər Mixail Timofeyev və Elnur Hidayətzadənin rəhbərliyi ilə Yağmur Məmmədli, Xədicə Eylazova, Onur Quluzadə və Tunar Bağırov mübarizə aparır.
Bu xəbər oxucular tərəfindən 1780 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed