Şrift:
Ukrayna Qərbdən F-16 qırıcıları almağa ümid edir
16.05.2023 [14:44] - Siyasət
Ukrayna 16 Qərb ölkəsindən 40-50 ədəd F-16 qırıcı təyyarəsi almağa ümid edir.

“Politico” nəşri bu barədə Ukrayna müdafiə nazirinin müşaviri Yuri Saka istinadla məlumat yayıb. Onun sözlərinə görə, Kiyev F-16 qırıcılardan üç-dörd eskadra qurmağı planlaşdırır. Hazırda Rusiya təyyarələrinin qarşısını almaq üçün Ukraynanın əlində vasitə yoxdur.

“Mövzunun müzakirə üçün yetişdiyini hər kəs başa düşür. Heç kim bunun mümkünsüzlüyü barədə danışmır. Üç ay öncə tank almağa çalışdığımız dövrlə müqayisə etsək, bu gün hamı qırıcı koalisiyasından danışır. Bu, çox ümidverici haldır. Bizim hava hücumundan müdafiə qüvvələrimiz F-16 təyyarələri olmadan naqis qalacaq”, - deyə Yuri Sak bildirib.

Ukraynanın müdafiə nazirinin müşaviri, həmçinin qeyd edib ki, Prezident Volodimir Zelenski qırıcıların tədarükü məsələsinin G7 qrupunun Xirosimada və NATO-nun Vilnüsdə keçiriləcək sammitlərində müzakirə olunmasını istəyir.
Bu xəbər oxucular tərəfindən 370 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed