Şrift:
Dünya bazarında Azeri Light neftinin bir barelə görə qiyəti 103 dolları ötüb
24.05.2023 [14:27] - Gündəm, İqtisadiyyat
2022-ci ildə Azeri Light neftinin dünya bazarında orta qiyməti bir barelə görə 103,6 dollar olub.

Bu barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq üzrə komitənin sədri Tahir Mirkişili komitənin bugünkü iclasında deyib.

Onun sözlərinə görə, bu, 2021-ci ildəki orta qiymətdən 44,7 faiz, 2022-ci il üzrə dövlət büdcəsi təkrar nəzərdən keçirilərkən əsas olaraq qəbul edilmiş göstəricidən 21,8 faiz çoxdur.
"Dünya iqtisadiyyatında və əmtəə bazarlarında üstünlük təşkil edən qeyri-müəyyənlik fonunda neft və təbii qazın qiymətləri proqnozları ötüb keçib. Enerji daşıyıcılarının yüksək qiymətləri əsasən Ukraynadakı müharibə, sanksiyaların tətbiqi, münaqişə ilə əlaqədar ixrac və qiymət məhdudiyyətləri ilə, həmçinin OPEC+ ölkələri arasında neft hasilatının səviyyəsinin azaldılması barədə razılaşmanın əldə olunması ilə şərtlənib", - o deyib.
Bu xəbər oxucular tərəfindən 1049 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed